“Keçmişdən gələcəyə“ - VİDEO

 “Keçmişdən gələcəyə“ - VİDEO
85 yaşlı memar Rasim Əliyevin kitabı ictimaiyyətə təqdim olundu

Muğam mərkəzində Azərbaycanın görkəmli memarı Rasim Əliyevin "Keçmişdən gələcəyə" adlı kitabının təqdimat mərasimi baş tutdu.

Memar ömrünün 85-ci ilində mərasimdə ölkənin bir sıra tanınmış simaları, dövlət rəsmiləri, səbəbkarın sənət dostları, yoldaşları və yaxınları iştirak etdi.

"Keçmişdən gələcəyə" adlı kitabın təqdimatı mərasimində Prezident İlham Əliyevin Rasim Əliyevə ünvanladığı fəxri diplom Mədəniyyət naziri tərəfindən memarın özünə təqdim edildi.

Daha sonra mərasim tədbirə təşrif buyuranların çıxışları ilə davam etdi.

Qeyd edək ki, Rasim Əliyev Heydər Əliyev Bakı Beynəlxalq və Naxçıvan Hava Limanlarının Naxçıvanda Hüseyn Cavid məqbərəsini Bakının bir neçə metro stansiyalarının, şəhərin əsas parklarının, Azərbaycanın Türkiyədəki Səfirliyinin binasının və bənzərsiz layihələrin müəllifi və həmmüəllifidir.

Ən maraqlısı, Bakının Əhmədli qəsəbəsinin salınması onun adı ilə bağlıdır. O Rasim Əliyevdir. Azərbaycanın Əməkdar memarı, Beynəlxalq Memarlıq Akademiyasının, Rusiya Memarlıq və İnşaat Akademiyasının həqiqi üzvü, Şərq Ölkələri Memarlıq Akademiyasının həqiqi üzvü. 

Rasim Əliyev 1934-cü ilin bu günü Gəncədə akademik Həsən Əliyevin ailəsində anadan olub. O, 1965-ci ildə Bakının Baş memarı təyin olunub və 23 il müddətində bu vəzifədə fəaliyyət göstərib. Rasim Əliyev Şöhrət, Şərəf, İstiqlal ordenləri ilə təltif olunub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə