Bakıda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib

Bakıda qanunsuz heyvan kəsiminin qarşısının alınması məqsədilə reydlər keçirilib

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) paytaxtın Nərimanov rayonunda qeyri-qanuni heyvan kəsimi məntəqələrində reydlər keçirib.

REAL APA-ya istinadla xəbər verir ki, reydlərdə Nərimanov Rayon İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli struktur bölmələrinin əməkdaşları iştirak edib.

AQTA əməkdaşları Nərimanov rayonunun F.Yusifov, Ə.Əliyev və Ağa Neymatulla küçələrində 12 ünvanda fəaliyyət göstərən məntəqədə olub. Məntəqələrdə satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb. Yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

Araşdırmalar aparılır

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə