Qənirə Paşayeva Fransanın əmək naziri ilə görüşüb

Qənirə Paşayeva Fransanın əmək naziri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Fransanın əmək naziri Muriel Penicaud, bu ölkənin fəal qadın lider və siyasətçilərindən olan sabiq naziri Najat Vallaud-Belkacem və Fransanın bir sıra fəal qadın təşkilat rəhbərləri ilə görüşüb.

REAL APA-ya istinadla xəbər verir ki, görüşlərdə Azərbaycan-Fransa münasibətlərinin, eləcə də iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafından danışılıb. Millət vəkili Azərbaycanın iqtisadi və turizm potensialı, mədəniyyət zənginliyi, multukultural dəyərlərə və Qarabağ həqiqətləri ilə bağlı məlumatlar verib. O, Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı məcburi köçkün qadınlar barədə də danışıb. 

Q. Paşayeva onlara Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.  

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə