AMEA-nın vitse-prezidenti: Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var

AMEA-nın vitse-prezidenti: Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var

“Azərbaycanda tibbi informatika ixtisasının yaradılmasına ehtiyac var”.

REAL APA-ya istinadla xəbər verir ki, bunu Rəyasət Heyətinin iclasında AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev deyib.

O bildirib ki, ABŞ-ın 140, Rusiyanın 11 universitetində bu ixtisas üzrə kadrlar hazırlanır: “Bizdə tibb informatika ixtisası olmalıdır. Həm həkim, həm də riyaziyyatçı olan kadrımız yoxdur.

Bu, səhiyyənin informasiyalaşdırılması, elektron tibbin inkişafı baxımından önəmlidir”.

R. Əliquliyev Rəyasət Heyətinin bununla bağlı aidiyyəti qurumlara müraciət etməsini təklif edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə