AQTA bağçalarda monitorinqlərə başlayıb

AQTA bağçalarda monitorinqlərə başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bağçalarda monitorinqlərə başlayıb.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, ilkin olaraq 400 bağçada monitorinqlər aparılacaq: “Amma bağçaların sayı arta bilər. Hazırda Azərbaycanın bütün regionlarında seçmə üsulu ilə hər bir rayonu, şəhəri əhatə edən bağçalarda yoxlamalar aparılır. Bu monitorinqlər təqribən 3 ay müddətinə davam etdiriləcək”.

AQTA sədri qeyd edib ki, monitorinqin nəticələri ilə bağlı sonda ictimaiyyətə geniş açıqlama veriləcək: “Monitorinq böyüməkdə olan nəslə, balalarımıza verilən qida məhsullarının həm keyfiyyət, həm də təhlükəsizlik göstəricilərinin yüksək səviyyədə olması, eyni zamanda da Səhiyyə Nazirliyi ilə birgə məktəbəqədər uşaqların düzgün qidalanmasının təmin olunması məqsədini daşıyır".

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

16 Noyabr

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə