Bakıda bazarda kütləvi zəhərlənmə olub

Bakıda bazarda kütləvi zəhərlənmə olub

Bakıda Meyvəli bazarında kütləvi zəhərlənmə olub. 

REAL Report-a istinadla xəbər verir ki, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10.14 daxil olub. 

Ünvana gələn həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) götürüblər. Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəridə KTM-nin yolxucu xəstəliklə şöbəsinə gətirib. Tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə