Oğuzda yeni yol - VİDEO

 Oğuzda yeni yol - VİDEO
32 km-lik Padar-Çaldaş avtomobil yolu yenidən qurulur

Oğuz rayonu Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun yenidən qurulması işləri aparılır.

32 km uzunluğa malik olan avtomobil yolunun 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpası işləri aparılır. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edir.

Sözügedən avtomobil yolu 3 hissə üzrə yenidən qurulur. Bu uzunluğu 12.9 km olan Padar-Böyük Söyüdlü və 13.1 km olan Böyük Söyüdlü-Çayqovuşan hissələri, həmçinin 6 km uzunluğa malik Qarabulaq kəndinə giriş yolu hissəsidir.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 6 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün 42 yol nişanının, 960 siqnal dirəyuinin və 31 km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur. 5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Oğuz rayonunun Padar-Böyük Söyüdlü-Qarabulaq-Çaldaş avtomobil yolunun yenidən qurulması işlərinin yaxın aylarda yekunlaşdırılması planlaşdırılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə