Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları artıb

Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 112,1 mln. ton yük daşınıb. Bu, 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,6% çoxdur.

REAL APA-ya istinadla xəbər verir ki,  yanvar-iyun aylarında daşınmış yüklərin 64,5%-i avtomobil, 26,5%-i boru kəməri, 6,2%-i dəmir yolu, 2,7%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Komitənin məlumatına əsasən, ötən dövr ərzində qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,3% artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9% təşkil edib.

“Bu ilin yanvar-iyun aylarında nəqliyyatçılar tərəfindən 967,3 mln. nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5% çox sərnişinə xidmət göstərilib. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - deyə məlumatda qeyd edilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə