Dənizi hədiyyə... vermirəm sənə - VİDEO

Dənizi hədiyyə... vermirəm sənə - VİDEO
İş adamı dənizi hasarladığı üçün cərimələndi

Məşhur iş adamı, "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəyli Xəzər dənizinin sahilboyu zolağının altında olan torpaq sahələrini qanunsuz hasarladığına görə cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsini pozmaqda təqsirli bilinib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirli bilinib. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Xatırladaq ki, Xəzər dənizinin hasara alınması məsələsi zaman zaman parlamentin də gündəminə gəlib.

Hələ illər qabaq Xalq artisti Zeynəb Xanlarova da Milli Məclisdə vəzifəli adamların az qala dənizi hasara almaqlarını və bunun sadə vətəndaşlarda narahatlıq yaratdığını dilə gətirmişdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə