DYP sürücülərə müraciət edib - VİDEO

DYP sürücülərə müraciət edib - VİDEO
Paytaxt yollarında sarı zolaq qadağası yenidən qüvvəyə minir

Paytaxt Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edir. 4 gündən sonra Avropa Gənclərinin Olimpiya Festivalına start veriləcək. 

Festivalın Bakıda keçirilməsi ilə əlaqədar olaraq iyulun 28-dək paytaxtın küçə və prospektlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bu barədə REAL-a Bakı Şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Festivalın keçirildiyi müddətdə yol polisi gücləndirilmiş iş rejmində xidmət etməklə, yarışların təşkil olunduğu ərazilərdə nəzarəti artıracaq.

Tədbirlərin rahat, təhlükəsiz keçirilməsi məqsədilə avtomobil yollarında sarı zolaqların ayrılması və onların xüsusi işarələrlə rənglənməsi paytaxtın inzibati ərazisinə düşən bəzi küçə və prospektləri əhatə edir ki, bunu avtomobil sahibləri və sürücülər nəzərə almalıdır.

Belə ki, paytaxtın - Qara qarayev, Azadlıq, Neftçilər, Atatürk, Tiflis, Moskva, Ziya Bünyadov prospekti və Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Hənifə Ələsgərov, Vərəşid İsmayılov küçələrində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.

Sürücü və avtomobil sahiblərindən tədbirin əhəmiyyətini nəzərə alaraq, yollarda süni tıxac və sıxlığın yaranmaması üçün ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük vermələri tövsiyə olunur.

DYP sürücülərə müraciət edib от REAL TV на Rutube

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə