SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb

SOCAR neft-kimya məhsullarının ixracını 48% artırıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə mənfəət nefti də daxil olmaqla 4 911,586 min ton xam neft, 172,292 mln. kubmetr təbii qaz, 604,6 min tondan artıq neft və neft kimya məhsulları ixrac edilib.

REAL-ın “Report”a istinadən məlumatına əsasən, verdiyi xəbərə görə, xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48% artım qeydə alınıb. Bildirilib ki, bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

Dövr ərzində ölkədən 2 421,574 mln. kubmetr təbii qaz ixrac edilib. Qeyd edilib ki, təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqədar olan artım ötən ilin müvafiq dövrünə nisbətən, təqribən, 37% təşkil edib.

Qeyd edək ki, cari ilin I rübündə SOCAR tərəfindən 5,790 mln. tona yaxın xam neft ixrac olunub, qaz ixracı ölkə üzrə artaraq 3,2 mlrd. kubmetr təşkil edib. Neft və neft-kimya məhsullarının ixracı yanvar-mart aylarında, təqribən, 456min ton təşkil edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə