Arıçılara bal kimi vəd - VİDEO

Arıçılara bal kimi vəd - VİDEO
Arıçılığın inkişafı üçün payızda 10 min hektar ərazidə ağac əkiləcək

Azərbaycanda bir il ərzində bala olan tələbat təxminən 5 min tondur. İlk dəfə olaraq cari il ərzində ölkənin bala olan təlabatı yerli sahibkarlar tərəfindən ödəniləcək. Yəni respublika üzrə təxminən 500 min arı ailəsindən ümumilikdə 5 min ton bal əldə ediləcək ki, buda bala olan təlabatı qarşılayacaq. Daha dəqiq arıçıların dili ilə desəm barmaq yalamağa balımız olacaq.

Amma arıçılığın inkişafında müəyyən problemlərdə mövcuddur. Yəni nektar verən ağacların azlığı daxili bazarla yanaşı xarci ölkələrə ixrac prossesinə imkan vermir. Qısası Azərbaycan Arıçılar Assosiasiyası ölkənin bala olan təlabatı ilə yanaşı ixrac etməyidə hədəfləyib.

Mövcud durum və yaranmış problemi aradan qaldırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən 5 min hektar ərazidə 2 milyon meyvə ağacı əkilib. Prosesin davamı olaraq isə yeni aqrobağların salınması nəzərdə tutulub.

Bu arada Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazisində arıçılığın inkişafına dəstək məqsədilə sahibkarlarla görüşdə keçirilib.

Arıçılığın ənənəvi kənd təsərrüfatı sahəsi olması, arıların meşədə saxlanılmasının təkcə arılar üçün deyil, həm də meşə bitkiləri üçün əhəmiyyəti barədə çıxışlar edilib, sahibkarların təklifləri dinlənilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak bildirib ki, arıçılıq sahəsində məhsuldarlıq artırılmalıdır.

Qeyd edək ki, cari il ərzində arıçılığın inkişafı məqsədi ilə Azərbaycanda arıçılara 4 milyon manatdan çox subsidiya veriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə