“Meyvəli“ bazarında zəhərlənmə - VİDEO

 “Meyvəli“ bazarında zəhərlənmə - VİDEO
Zəhərlənən 5 nəfər xəstəxanadan evə buraxılıb

Bakı şəhəri Qaradağ rayonunda yerləşən hamının Meyvəli bazarı kimi tanıdığı “Meyvəli” Logistika Mərkəzində zəhərlənmə hadisəsi olub.

Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub. Birinci çağırışda 3 nəfər, sonrakı iki çağırışın hərəsində bir nəfər olmaqla ümumilikdə 5 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. 

Zəhərlənən şəxslərdən birinə yerində tibbi yardım göstərilib və hal hazırda o, özünü yaxşı hiss edir. 

Logistika Mərkəzinin baş menecerinin sözlərinə görə mərkəzin fəaliyyət göstərdiyi 10 il ərzində bu birinci hadisədir.

Zahid Əmirovun sözlərinə görə satıcılar səyyar satılan qidaları yeməkdənsə, burada fəaliyyət göstərən restoran və kafelərdən istifadə edə bilərlər.

Qeyd edək ki, zəhərlənən şəxslər artıq evə buraxılıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə