Millimiz festivala hazırlaşır - VİDEO

Millimiz festivala hazırlaşır - VİDEO
Voleybolçularımız gündə 2 dəfə məşqə çıxırlar

Avropa Gənclər Olimpiya Festivalının proqramına salınan idman növlərindən biri də voleyboldur. Turnirdə ölkəmizi oğlanlardan ibarət milli komandamız təmsil edəcək.

Baş məşqçi Eldar Əliyev hazırlığın ilkin mərhələsində 20-ə yaxın voleybolçunu sınaqdan keçirir. Festival üçün onlardan 12-nin adı sifariş ərizəsinə daxil ediləcək.

Çalışdırıcı bu gündən etibarət yetirmələrini oyunların keçiriləcəyi FHN İdman Arenasındakı məşq bazasında bir araya gətirib. Millimiz gündə 2 dəfə məşqə çıxır. Səhər əsasən fiziki hazırlaqlar üzərində işləyən voleybolçularımız, günün ikinci yarısında ikili oyunlara üstünlük verirlər.

Komandanın hazırlıqlarından razı qaldığını bildirən baş məşqçisi Eldar Əliyev, oyunçularına inandığını deyib.

Oyunçularımız da yarışa ciddi hazırlaşırlar. Millimizin üzvləri rəqiblərin gücündən aslılı olmayaraq, onlarla başabaş mübarizə aparacaqlarını vurğulayıblar.

Xatırladaq ki, seçmə komandamız Almaniya, Belarus və Rusiya seçmələri ilə birgə A qrupunda mübarizə aparacaq.

İyulun 22-də almaniyalılarla üz-üzə gələcək millimiz, ertəsi gün belarusiyalılarla münasibətləri aydınlaşdıracaq. Voleybolçularımız şimal qonşularımızla ayın 24-də qarşılaşacaqlar.

Yarışın yarımfinal və final görüşləri isə müvafiq olaraq iyulun 26-27-də oynanılacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə