Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.

REAL xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə