“Neftçi” oyuna hazırdır - VİDEO

“Neftçi” oyuna hazırdır - VİDEO
R.Bordin: “3:0 hesablı qələbə bizi arxayınlaşdırmır“

Neftçi komandası sabah futbol üzrə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçına çıxacaq. Flaqman 8-ci km qəsəbə stadionunda Moldova Sperantsası ilə oyunun hazırlıqlarını başa vurub.

REAL xəbər verir ki, Roberto Bordinin rəhbərlik etdiyi kollektiv matçöncəsi son məşqinə çıxıb.

Ağ-qaraların hazırlığının ilk 15 dəqiqəsi medai üçün açıq olub ki, bu müddət ərzində də futbolçular isinmə hərəkətli ilə yadda qalıblar.

Komandanın baş məşqçisi ilk oyunda qeydə alınan nəticədən sonra arxayınlaşmadıqlarını bildirib.

"Bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələrlə tez-tez rastlaşırıq. Ona görə də maksimum köklənib qələbə qazanmağa çalışacağıq. Moldovadakı görüşdə rəqib bizə çətinlik yaratmışdı. Bir neçə qol vəziyyətləri də olmuşdu. İlk qarşılaşmadakı kimi, yenə diqtə edən tərəf olmağa çalışacağıq. Aqressiv futbol sərgiləyib gözəl qələbə qazanmaq istəyirik".

Qeyd edək ki, "Neftçi" - "Sperants" oyunu sabah saat 21-də başlayacaq. 8-ci km qəsəbə stadionunda reallaşacaq matçı avstriyalı hakim Yulian Vaynberger idarə edəcək.

Xatırladaq ki, 1 həftə əvvəl Moldovada oynanılan birinci görüşdə "Ağ-qaralar" 3:0 hesabı ilə qalib gəliblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə