Azərbaycanda ekoturizm genişləndirilir

Azərbaycanda ekoturizm genişləndirilir

Bu gün Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC həyata keçirdiyi "Şəhərdən kəndə" layihəsi çərçivəsində ekoturizmin təbliği üçün bir qrup jurnalistin Şəkiyə səfərini təşkil edib.

REAL Report-a istinadla xəbər verir ki, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayıs Musayev bildirib ki, Azərbaycanda bəzi fərdi təsərrüfatlarda ekoturizm olsa da, geniş yayılmayıb.

“Biz ekoturizmi Azərbaycanda genişləndirmək istəyirik. Gələn aydan bununla bağlı turlar təşkil ediləcək”, - deyə o, qeyd edib.

Şəkiyə səfər çərçivəsində jurnalistlər bağçılıq təsərrüfatlarına da baxış keçirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə