Ekspert: Quzular satışa 7-8 aylıq olanda çıxarılmalıdır

Ekspert: Quzular satışa 7-8 aylıq olanda çıxarılmalıdır

“Ağcabədi, Beyləqan, Bərdə bazarlarına hər həftə 10 mindən çox qoyun çıxarılır. Bayram günlərində bu rəqəm 20 minə çatır”.

REAL Report-a istinadla xəbər verir ki, bunu Dəyər Zənciri üzrə beynəlxalq məsləhətçi Mita Puncabi "Azərbaycanda Qoyunçuluq Dəyər Zəncirinin İnkişafı: 2025-ci ilə baxış" seminarında çıxışı zamanı bildirib.

“Bu bazarlara 3-4 aylıq quzular çıxarılır. Fermer heyvanı belə tez bazara çıxarmasını yem ala bilməməsi ilə əlaqələndirir. Normalda isə bu yaş 7-8 ay olmalıdır. Bu, məhsuldarlığa təsir edir. Bundan başqa, ölkədə 2 -3 min baytara ehtiyac var. Gəncədə olan Dövlət Aqrar Universitetinin texniki bazası çox gözəl və möhkəmdir ki, bunu da dəyərləndirmək lazımdır. Həmçinin ölkədə qoyunçuluq üzrə dəyər zənciri yaradılmalıdır", - M.Puncabi əlavə edib. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə