“Qarabağ” “Partizani”yə 2 verdi -VİDEO

“Qarabağ” “Partizani”yə 2 verdi -VİDEO
Komandamız növbəti mərhələdə İrlandiya "Dandolk"u ilə qarşılaşacaq

"Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb. Ağdamlılar doğma azarkeşləri önündə Albaniya "Partizani"si ilə üz-üzə gəlib.

"Dalğa Arena"da keçirilən matçda ölkə çempionumuz qalib gəlib. Köhlən atlar fasilədən sonra şaxə qalxıblar. 51-ci dəqiqədə Filip Ozoviç hesabı komandamızın xeyrinə dəyişib.

Əsas vaxta əlavə olunan 4-cü uzatma dəqiqəsində isə meydana yenicə daxil olan Dani Kintana yekun nəticəni müəyyənləşdirib. Qarabağ 2, Partizani 0.

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi də müəyyənləşib. Köhlən atlar sözügedən mərhələdə İrlandiya "Dandolk"u ilə münasibətləri aydınlaşdıracaqlar.

"Dandolk" Latviya "Riqa"sını mübarizədən kənarlaşdırıb. Komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Penaltilər seriyasında isə irlandiyalılar daha dəqiq olublar, 5:4.

"Qarabağ" İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə