Azərbaycanda yaşa görə pensiya təyinatının 82 faizi elektron qaydada təyin olunub

Azərbaycanda yaşa görə pensiya təyinatının 82 faizi elektron qaydada təyin olunub

Prezident İlham Əliyevin tapşırığına əsasən, cari ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq pensiyaların elektron qaydada təyinatına başlanıb.

REAL Report-a istinadla xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 15,6 minədək şəxsə yaşa görə pensiya təyin olunub ki, həmin təyinatların 82 faiziavtomatlaşdırılmış qaydada həyata keçirilib.

E-qaydada pensiya təyinatı sisteminin ən mühüm üstünlüklərindən biri vətəndaşın yaşa görə pensiya hüququ yarandığı gün onun müraciəti olmadan, hər hansı sənəd təqdim etmədən, avtomatik qaydada pensiya təyinatı aparılması və bu barədə e-qaydada özünə məlumat göndərilməsidir. Bununla da sistem əvvəlki illərdə yaşa görə pensiya hüququ yaranan, lakin müraciət etmədiyi üçün həmin vaxtlarda pensiya təyinatı aparılmamış şəxslərin də cari ilin əvvəlindən pensiya hüquqlarının avtomatik reallaşdırılmasına imkan verib.

Nəticədə isə e-pensiya sistemi yaşa görə pensiya təyin olunanların sayının artmasına səbəb olub.

Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında yaşa görə əmək pensiyası təyinatlarının sayı 67,7 faiz artıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə