Şəkidə EKTİS qeydiyyatdan keçmiş fermerlərin sayı 10 mini ötüb

Şəkidə EKTİS qeydiyyatdan keçmiş fermerlərin sayı 10 mini ötüb

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin Şəki şəhərinə təşkil etdiyi infotur çərçivəsində bir qrup jurnalist yerli Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) olub.

“Report”un məlumatına görə, DAİM-in fəaliyyəti barədə jurnalistlərə buranın sədri Mehman Yusifov məlumat verib.

O, bildirib ki, Şəki üzrə 10 mindən çox fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçib: “Hər bir fermer üçün ayrıca kabinet açılıb. Bununla yanaşı, onlara hər ay əkinçilik, heyvandarlıq və digər sahələrdə təlimlər keçirilir, fermerlər maarifləndirilir. Hazırda DAİM-də 40-dan çox xidmət göstərilir, gələcəkdə bu xidmətlərin sayı artırılacaq".

Xatırladaq ki, gələn ildən Azərbaycanda fermerlərə subsidiyalar EKTİS vasitəsilə veriləcək. EKTİS-də qeydiyyatdan keçən fermerin torpaq sahəsi, əkəcəyi və əkdiyi bitkilər, saxladığı heyvanlar barədə məlumatlar onların şəxsi kabinetində yerləşdirilir. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə