Dövlət Əmək Müfəttişliyi Xidməti 282 hüquq pozuntusu aşkarlayıb

Dövlət Əmək Müfəttişliyi Xidməti 282 hüquq pozuntusu aşkarlayıb

Bu ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Əmək Müfəttişliyi Xidməti daxil olmuş müraciətlərin araşdırılması zamanı 282 hüquq pozuntusu aşkar edib.

REAL Report-a istinadla xəbər verir ki, hüquq pozuntuları, əsasən, əmək müqavilələrinin bağlanılmaması və ya onun şərtlərinin yerinə yetirilməməsi, məzuniyyət hüquqlarının pozulması, qanunvericiliyin tələbləri pozulmaqla əmək müqavilələrinə xitam verilməsi və s. ilə bağlı olub. Aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlərin görülməsi təmin olunub.

Eyni zamanda hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə