Prezident İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib

Prezident İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının prezidentlərini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının yeni seçilmiş Prezidenti Şarl Mişelə təbrik məktubu göndərib. 

REAL xəbər verir ki, məktubda deyilir: “Ümidvaram ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın hərtərəfli inkişafı və dərinləşməsi istiqamətində birgə səylər göstərəcəyik”.

Dövlət başçısı Şarl Mişelə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətində uğurlar diləyib.

Avropa Komissiyasının yeni seçilmiş Prezidenti Ursula fon der Lyayenə təbrik məktubunda Prezident İlham Əliyev inandığını bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq qarşılıqlı maraqlarımıza uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcək.

Azərbaycan Prezidenti Avropa Komissiyasının yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul işində uğurlar diləyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə