Sosial evlərdən yeni xəbər - VİDEO

Sosial evlərdən yeni xəbər - VİDEO
Hövsan Yaşayış Kompleksində çoxmənzilli binaların tikintisi yekunlaşır

Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində çoxmənzilli binaların tikintisi yekunlaşmaq üzrədir. Hazırda kompleksdə inşa edilən 7 və 10 mərtəbəli binaların tikinti-quraşdırma işləri başa çatdırılıb.
 

7 ədəd 7 mərtəbəli, 4 ədəd 10 mərtəbəli binanın tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir.

Bununla yanaşı Kompleksin ərazisində sakinlərinin bütün ehtiyaclarını ödəmək məqsədilə hər biri 90 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin və tibb mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda həmin tikinti obyektlərinin də tikintisi həyata keçirilməkdədir.

Agentliyin növbəti layihəsi Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksidir.

Hövsan Yaşayış Kompleksi Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşir. Kompleksin ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Bu, Kompleksin gələcək sakinlərinin ekoloji cəhətdən təmiz və sağlam mühitdə yaşayışı üçün zəmin yaradır.

Qeyd edək ki, Hövsan Yaşayış Kompleksində ümumilikdə 11 çoxmənzilli yaşayış binası tikilib ki, bunlardan yeddisi yeddimərtəbəli və on səkkiz girişli, dördü isə onmərtəbəli bir girişlidir. Bu şəhərcikdə təklif olunacaq 2962 mənzildən 280-i birotaqlı, 1401-i ikiotaqlı, 980-nın üçotaqlı, 301-nin isə dördotaqlıdır.

Birotaqlı mənzillərin sahəsi təqribən 32-35 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 51-54 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi 64-68 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 79-86 kvadratmetr təşkil edir. 

Kompleksdə tikinti və təmir işləri 2020-ci ilin ilk rübündə yekunlaşdırılaraq mənzillərin satışı barədə elan veriləcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə