Sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Sabah Abşeronun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

İyulun 19-u saat 11:00-dan 15:30-dək Abşeron rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.

REAL xəbər verir ki, bu barədə “Report”a “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, fasilə 110/35/kVt-luq 91 saylı yarımstansiyasında yeni avadanlıqların quraşdırılması işləri ilə əlaqədardır.

Yaranmış narahatlığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə