3 gün susuz - VİDEO

3 gün susuz - VİDEO
Paytaxtın bəzi rayonlarında su problemi həllini tapdı

Bu görüntüləri REAL TV-nin qaynar xətt nömrəsinin whatsapp ünvanına Bakının Suraxanı rayonun sakini İsa Quliyev göndərib.

Görüntülərdən məlum olur ki, sakinlər su problemi ilə üzləşib. İsa deyir ki, problemlə bağlı "Azərsu" ASC-yə müraciət etsələr də, onlara heç bir cavab verilməyib. Suraxanı ilə bərabər, artıq 3 gündür ki, Xırdalan şəhəri və Masazır qəsəbəsi, həmçinin Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivi susuz qalıb. 

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat xidmətindən bildirildi ki, Xırdalan şəhəri, Masazır qəsəbəsi və Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivində su təchizatındakı problem gün ərzində aradan qaldırılacaq. Anar Cəbrayıllı Suraxanı rayonunda su probleminin axşama qədər həll olunacağını bildirdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə