1211 nəfər ölkəyə readmissiya edilib - VİDEO

1211 nəfər ölkəyə readmissiya edilib - VİDEO
V.Hüseynov: Onlar son 5 ildə Avropa ölkələrindən readmissiya olunublar

Son 5 ildə 1 211 nəfər Azərbaycana readmissiya edilib. Bu, əsasən Avropa ölkələrindən olub. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2019-cu ilin 6 ayının yekunlarına dair keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirdi.

Xidmət rəisinin sözlərinə görə Azərbaycanda daha çox Liviya, Əfqanıstan, Pakistan və İran vətəndaşları qaçqın statusu almaq istəyir. Azərbaycanda yaşayan qanunsuz miqrantların sayında isə 30 faiz azalma var. Daimi yaşamaq üçün icazələrin sayında da azalma 31 fazi müşahidə olunur. Bunu da Vüsal Hüseynov bildirdi.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin l yarımilində ölkəyə daxil olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında 6 faiz, ölkədə müvəqqəti yaşayanlarda 0.4 faiz, iş icazəsi alanlarda 14 faiz, qaçqın statusu üçün müraciətlərdə 53 faiz artım müşahidə olunur. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə