Festivala 18 güləşçi ilə - VİDEO

Festivala 18 güləşçi ilə - VİDEO
EYOF-da mübarizə aparacaq güləşçilərimizin adları açıqlanıb

Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalının proqramına daxil edilən idman növlərindən biri də güləşdir.

Yarışda güləşin 3 növü üzrə yeniyetmələrdən ibarət millimiz mübarizə aparacaq. Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar 6 çəki dərəcəsində reallaşacaq.

Sərbəst güləşçilərimiz heyətinə Murad Haqverdiyev, Mircavad Nəbiyev, Kənan Heybətov, Əbülfəz Nəsirov, Sabir Cəfərov və Cəbrayıl Hacıyev daxil edilib.

Yunan-Roma güləşi üzrə millimizin tərkibində Fərid Sadıxlı, Qurban Qurbanov, Elmir Əliyev, Nihat Məmmədli, Həsrət Cəfərov və Xasay Həsənli yer alıb.

Yeniyetmə qızların yarışında ölkəmizi Gültəkin Şirinova, Lalə Mirzəyeva, Elnurə Məmmədova, Birgül Soltanova, Mərziyə Sadıqova və Nigar Mirzəzadə təmsil edəcək.

Avropa Gənclərinin Yay Olimpiya Festivalında güləş yarışları iyulun 21-dən 23-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə