“Neftçi“ Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb - VİDEO, YENİLƏNİB, 6

“Neftçi“ Avropa Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb  - VİDEO, YENİLƏNİB, 6
Flaqman evdə qələbəyə köklənib

Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.

REAL-ın məlumatına görə, Azərbaycanın ən titullu klubu I təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Ötən həftə səfərdə baş tutan görüşdə rəqibini 3:0 hesabı ilə darmadağın edən Roberto Bordinin yetirmələri Bakıda da rəqibinə “divan tutub”. “Ağ-qaralar” “Bakcell Arena”dakı qarşılaşmanın taleyini ilk yarıda həll edib.

Fasiləyədək Vangelis Platellas iki, Emin Mahmudovla Dario Frederiko hərəyə bir qol vurublar. İkinci hissədə Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqi altı topa çatdırıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

 

****

22:36

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda altıncı qol vurulub.

REAL-ın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 78-ci dəqiqəsində yenə Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb. Komandamızın heyətində İsmayıl Zülfüqarlı hesabı 6:0-a çatdırıb.

 

******

22:26

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda beşinci qol vurulub.

REAL-ın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 68-ci dəqiqəsində yenə Topaz Premyer Liqasının gümüş mükafatçısı fərqlənib. Komandamızın qoluna Stiven Jozef-Monroz imza atıb - 5:0. 

 

*****

21:54

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda ilk hissə başa çatıb.

REAL-ın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra "ağ-qaralar" 4:0 hesabı ilə öndədirlər. 

 

*****

21:34

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda hesab dəyişib.

REAL-ın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 24-cü dəqiqəsində paytaxt təmsilçisi ikinci qolu vurub. Bu dəfə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib - 2:0. 

 

****

21:21

 

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda hesab açılıb.

REAL-ın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmada paytaxt təmsilçisi önə keçib. "Ağ-qaralar"ın heyətində 19-cu dəqiqədə Vanqelis Platellas fərqlənib.

*****

21:12

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir. 

REAL-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinə bu raunddan başlayan Bakının “Neftçi” klubu da cavab oyununu keçirir.

Azərbaycanın ən titullu komandası evdə “Speranta” ilə üz-üzə gəlir. Roberto Bordinin yetirmələri rəqib meydanında 3:0 hesabı ilə məğlub etdiyi Moldova təmsilçisi ilə görüşdə azarkeşlərini sevindirməyə çalışır.

 

****

20:38

“Neftçi” və Moldovanın “Sperantsa” komandalarının Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçı üçün start heyətləri açıqlanıb.

REAL xəbər verir ki, kollektivlər “Bakcell Arena”da baş tutacaq görüş üçün “11-lik”lərini təqdim ediblər:

"Neftçi": 1. Səlahət Ağayev (q), 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vangelis Platellas, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven-Jozef Monroz, 36. Mamadu Kane

Baş məşqçi: Roberto Bordin

"Sperantsa": 1. Denis Makoqonenko, 5. Mixail Bolun, 6. Nogueira Barbosa, 9. Ponce Ramirez, 11. Ambasso Eloundou, 15. Pula Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku

Baş məşqçi: Kristian Efros 

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq. “Neftçi” Moldovada keçirilən ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə