“Səbail“ avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb

“Səbail“ avrokuboklarda debüt mövsümündə mübarizəni erkən dayandırıb

Bakının “Səbail” klubu avrokuboklarda çıxışını başa vurub.

REAL-ın məlumatına görə, debütü Avropa Liqasına təsadüf edən Aftandil Hacıyevin yetirmələri I təsnifat mərhələsini adlaya bilməyib.

Topaz Premyer Liqasının bürünc mükafatçısı ilk oyunda 2:3 hesabı ilə uduzduğu Rumıniyanın “Universitatya Krayova” klubu ilə səfər matçında məğlubiyyətin əvəzini çıxa bilməyib. Bakılılar yenə eyni hesabla məğlub olublar.

Təmsilçimiz 0:2 hesabı ilə geri düşdüyü görüşün gedişində tarazlıq yarada bilsə də, son dəqiqələrdə buraxılan qol meydan sahiblərinə qələbə qazandırıb. “Səbail”in heyətində Ağabala Ramazanovla Dilan Duventru fərqlənib.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
20:00. “Universitatya Krayova” (Rumıniya) – “Səbail” (Azərbaycan) - 3:2

Qollar: Çikeldeu, 28, Vetejelu, 54, Fortes, 90 - Ramazanov, 67, Duventru, 69
Baş hakim: Helqi Mikael Yonasson (İslandiya)
“Universitatya”: 13. Mirko Pilyatselli, 2. Tyaqo Ferreyra, 5. Boqdan Vetejelu, 6. Renato Keliç, 8. Aleksandru Mateyu, 9. Fortes Dos Santos, 10. Aleksandru Çikeldeu, 11. Nikuşor Banku (K), 14. Kamer Qaka, 22. Kristian Barbux, 27. İvan Martiç 
Ehtiyat oyunçular: 1. Laurentiu Popesku, 3. Mariuş Brisyaq, 4. Florin Bortsa, 7. Mixay Roman, 21. Antoni İvanov, 23. Vasile Konstantin, 24. Florin Qardoş 
Baş məşqçi: Korneliu Papura 
“Səbail”: 12. Daniel Bojinovski, 5. Vüqar Bəybalayev, 8. Yevgeni Koçuk, 10. Ağabala Ramazanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (K), 21. Eriko Da Silva, 22. Mirabdulla Abbasov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 91. Bilal Həmdi 
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 3. Turan Manafov, 4. Eltun Yaqublu, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 9. Mirsahib Abbasov, 11. Dilan Duventru 
Baş məşqçi: Aftandil Hacıyev 
Krayova. İon Oblemenko stadionu
İlk oyun – 3:2

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə