Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

REAL xəbər verir ki, Prezident İlham Əliyev ölkələrimizin ədliyyə və məhkəmə orqanları arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaaninin Azərbaycana səfərinin bu əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Xalqlarımız arasında münasibətlərə toxunan Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığından Azərbaycana gələn turistlərin sayının daim artmasını bu münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Vəlid bin Məhəmməd Əl-Səmaani, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına və Azərbaycan xalqına çatdırdı. Qonaq vurğuladı ki, İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və bu əlaqələrin daha da inkişaf etdirilməsi əzmini ifadə edib. Vəlid bin Məhəmməd Əl-Səmaani paytaxtımızda gördüyü inkişaf proseslərinin dərin təəssürat yaratdığını qeyd etdi. O, Bakıda azərbaycanlı həmkarları ilə görüşlərin uğurla keçdiyini, Azərbaycanın ədliyyə sistemi sahəsində əldə olunan yeniliklərin maraq doğurduğunu dedi.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və Vəliəhdinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə