Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan XİN Yaponiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğın zamanı ölənlərin ailələrinə başsağlığı verib.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə XİN-in “Tvitter” səhifəsində bildirilib.

“Yaponiyanın Kioto şəhərində animasiya studiyasında baş vermiş yanğında həyatını itirənlərə görə kədərlənirik. Yaponiya xalqına, yanğın zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, - qeyd olunub.

Xatırladaq ki, Yaponiyanın Kioto şəhərində yerləşən animasiya studiyasında baş vermiş yanğın nəticəsində 33 nəfər ölüb, 40 nəfər xəsarət alıb. İlkin məlumata görə, yanğın qəsdən törədilib. Polis hadisə yerində əlində benzin çəni olan bir kişini saxlayıb. Hazırda onun dindirilməsi aparılır. Hadisə zamanı “Kyoto Animation” şirkətinin yerləşdiyi üçmərtəbəli bina ciddi ziyan görüb. Yanğının söndürülməsi hələ də davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə