Xalq artisti, müğənni Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.
Müğənninin oğlu Orxan Rzazadə REAL TV-yə bildirdi ki, Xalq artistin səhhəti kritik stabildir. O qeyd etdi ki, həkimlər müğənninin Azərbaycana qayıtmağı ilə bağlı heç bir proqnoz vermir.
"Onlar əlindən gələni edir. Səhhətindən tam əmin olmayınca, onu buraxmayacaqlar" - deyə, müğənninin oğlu əlavə edib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Xalq artistinin səhhəti ilə bağlı məsələləri Fond öz nəzarətinə götürüb.