“Dandolk“un prezidenti: “Qarabağ“ın yüksəldiyi yerə qalxmaq üçün nə işlər gördüyünə baxmaq istəyirik

“Dandolk“un prezidenti: “Qarabağ“ın yüksəldiyi yerə qalxmaq üçün nə işlər gördüyünə baxmaq istəyirik

“Qarabağ”ın nələrə nail olduğuna diqqət yetirmək lazımdır. Biz də məhz buna baxırıq və tam nail olmaq istədiklərimizi görürük”. 

REAL APA-ya istinadla xəbər verir ki, bunu İrlandiyanın “Dandolk” klubunun prezidenti Maykl Tresi deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ”la görüşləri ərəfəsində favorit olmadıqlarını açıqlayıb. Azərbaycan çempionunun yüksəlişini nümunə sayan M.Tresi futbolçularının heç nədən çəkinməməsinə güvənir: “2012-ci ildə “Qarabağ”ın harada olmasına və indi yüksəldiyi yerə qalxmaq üçün nə işlər gördüyünə baxmaq istəyirik. Səbirsizliklə onlarla görüşləri gözləyirik. Yəqin ki, biz favorit olmayacağıq. Lakin bizim futbolçular o qədər cəsurdurlar ki, hər dəfə meydana çıxanda qalib gələ biləcəklərini düşünürlər. Bakıda keçirilən “Qarabağ” – “Partizani” matçına seleksiyaçımızı göndərmişdik. Biz hazırlığa, kəşfiyyata, analitika və yükləmələrə nəzarətə böyük qüvvə sərf edirik. Lakin bütün bunlar cəmi 1 faiz üstünlük verir. Avropada duruş gətirmək üçün hər kiçik üstünlükdən yararlanmaq lazımdır”.

Qeyd edək ki, “Qarabağ” “Dandolk”la ilk oyununu iyulun 24-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə