Yığma təsnifat turnirinə hazırlaşır - VİDEO

Yığma təsnifat turnirinə hazırlaşır - VİDEO
Komandamız Türkiyəyə yola düşüb

Qadın voleybolçulardan ibarət Azərbaycan yığma komandası təlim-məşq toplanışını davam etdirir.

Baş məşqçi Covanni Kapraranın yetirmələri 2020-ci ildə təşkil olunacaq Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirinə hazırlıq çərçivəsində, Rusiyada 2 yoxlama matçı keçirib. Hər 2 qarşılaşma rəqib voleybolçuların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Plana uyğun olaraq, komandamız bu gün Türkiyəyə yola düşüb. Millimiz qonşu ölkədə yerli yığma ilə 1 yoxlama görüşündə qüvvəsini sınayacaq.

Voleybolçularımız iyulun 24-də Türkiyədən yarışın təşkil olunacağı Braziliyaya gedəcək. Xatırladaq ki, komandamız daha öncə Bolqarıstan seçməsi ilə 2 oyun keçirib və 1 qələbə qazanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə