Komandalarımızın rəqibləri bəllidir - VİDEO

Komandalarımızın rəqibləri bəllidir - VİDEO
“Məhsul” Norveçə yollanacaq, “Azəryol” “Qaliçanka”ya qarşı

Həndbol klublarımızın avrokuboklardakı rəqiblərinin adlarına aydınlıq gəlib.

Kişilərdən ibarət Məhsul kollektivi “Challenge Cup”da mübarizəyə 1/32 finaldan başlayacaq.

Komandamız bu mərhələdə Norveçin “Drammen” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Raundun ilk görüşləri oktyabrın 5-6-ı tarixlərində təşkil olunacaq. Təmsilçimiz ilk oyunu səfərdə keçirəcək.

EHF kubokunda debüt edəcək “Azəryol” isə I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Komandamız bu mərhələdə Ukraynanın “Qaliçanka” klubu ilə üz-üzə gələcək.

İlk görüş sentyabr ayında Lvovda baş tutacaq.

Qeyd edək ki, tərəflərin qarşılıqlı razılaşması əsasında hər iki oyunun eyni şəhərdə keçirilməsi də mümkündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə