Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı dağ təlimində iştirak edirlər

Azərbaycan hərbçiləri NATO-nun Gürcüstandakı dağ təlimində iştirak edirlər

Gürcüstanda NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində yay dağ hazırlığı təliminin birinci mərhələsi keçirilir.

REAL “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Axalkalaki rayonunda Abuli dağında təşkil olunan təlimdə Gürcüstan, Azərbaycan, Ukrayna, Çexiya, Polşa, Latviya və İsveç hərbçiləri iştirak edirlər.

Təlimi Besik Kutataladze adına Saçxere dağ hazırlığı təlim mərkəzinin təlimatçıları keçir.

Kursda iştirak edən hərbçilər dağda 100, 200 və 300 metr uzaq məsafəyə atəşlər yerinə yetiriblər.

Dağ hazırlıq təlimi 4 həftə davam edəcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə