Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb

İqtisadiyyat Nazirliyi yanında Sumqayıt Kimya Sənaye Parkında yeni rezident qeydiyyata alınıb. 

REAL nazirliyə istinadən xəbər verir ki, bu, “Galenka Azərbaycan” MMC-dir. 

Beləliklə, Parkın rezidentlərinin sayı 19-a çatıb. Şirkət ABŞ, Hindistan, Çin, Almaniya və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan baytarlıq preparatları, yem qatqı məhsulları, vitaminlər, dezinfeksiya, dezinseksiya və deratizasiya vasitələri istehsal edəcək zavod inşa etməyi planlaşdırır. Layihənin investisiya dəyəri 20 milyoin manata yaxındır. 

İstehsal olunacaq məhsullar daxili bazarın təlabatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə bir sıra xarici ölkələrə də ixrac ediləcək. Müəssisədə 40-a qədər daimi iş yeri yaradılacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə