FHN gücləndirilmiş iş rejiminə keçir - VİDEO

FHN gücləndirilmiş iş rejiminə keçir - VİDEO
AGYOF-ın təhlükəsizliyini 620 nəfərlik şəxsi heyət qoruyacaq

İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində çalışacaq.

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, oyunların keçiriləcəyi idman obyektlərində və ətrafında, həmçinin insanların kütləvi toplaşdıqları məkanlarda baş verə biləcək fövqəladə hadisələrin qarşısının çevik alınması və operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə nazirliyin aidiyyəti qüvvə və vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qeyd edək ki, umumilikdə FHN-dən 620 şəxsi heyyət və 100 ədəd texnika ayrılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə