Altı “Neftçi”, “sə” Bayıl - VİDEO

Altı “Neftçi”, “sə” Bayıl - VİDEO
“Qarabağ” daha şanslı görünür

4 futbol klubumuzdan 3-ü Avrokubok mövsümündə ilk mərhələ oyunlarını başa vurdu.

Albaniya səfərindən qolsuz qayıdan “Qarabağ”ın ayağı Bakıda açıldı. Mərdəkanda Dalğaya düşən “Partizani” Qurbanov və yetirmələrinin təzyiqinə tab gətirə bilmədi. Gənc Rahil Məmmədovla, təcrübəli Rəşad Sadıqovun tandemi uğurlu olsa da, zədəli Bədavi Hüseynovun yoxluğu özünü göstərirdi.

Topa sahib olmaqla rəqibə öz oyununu diqtə edən Qarabağın hücum xətti də güclənməlidir. Növbəti mərhələdə “Qarabağ” İrlandiyanın Dandolk klubu ilə qarşılaşacaq. Burada da cütün favoriti Azərbaycan çempionu olacaq. İndiki halda “Qarabağ”ın güclənmək üçün kifayət qədər vaxtı var. Komandanın Çempionlar Liqasına yolu bir qədər məşşəqətli görünsə də, avroliqa şansları kifayət qədər yüksəkdir. 

İki oyunda rəqib qapısına 9 qol vurmuş “Neftçi”nin “Sperantsa”nı keçəcəyi hələ ilk matçdan sonra gün kimi aydın idi. Moldova klubu bütün komponentlərdə flaqmandan geri qalırdı.

“Bakcell” arenadakı 6-0 hesablı qələbədən sonra ağ-qaralar “Arsenal”la oyunlara köklənəcək. Avropa Liqasının final matçında Bakıya gəlmiş “Arsenal”la müqayisədə Tula Arsenalı ilə oynamaq olar. Məhz bu qarşılaşmalarda “Neftçi” nin italiyalı baş məşqçisi Roberto

Bordinin səriştəsi futbolçularla birgə meydana çıxacaq. “Arsenal” “Sperantsa” deyil və ruslar birinci skripka olmaq imkanını təmsilçimizə verməyəcək. Cəmi 1 mərhələ keçmək “Neftçi” üçün məqsəd ola bilməz və flaqman bunun fərqindədir. 

Bayılda Rumıniyanın Universitata Krayova klubuna 2-3 hesabı ilə uduzmuş “Səbail” səfər matçında nisbətən cəsarətli oynadı. Baş məşqçi Aftandil Hacıyevin ehtiyatkar müdaxilələri nəticənin dəyişməsinə mane oldu. “Səbail” Maykl Esyendən tutmuş Ağabala Ramazanova kimi taktiki xaos dövrünü yaşayır. Bayıl yüksəkliyini əldən vermiş “Səbayıl”ın cavab matçında sə qədər qol buraxması müdafiədəki problemlərdən dübarə xəbər verir. 

Avropa Liqasına vəsiqə qazanmış “Qəbələ” isə mübarizəyə ikinci mərhələdən başlayacaq.

Bölgə təmsilçimiz iyulun 25-də doğma divarlar arasında Gürcüstanın Dinamo klubu ilə qarşılaşacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə