Polad Bülbüloğlu Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib

Polad Bülbüloğlu Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib

Polad Bülbüloğlu Moskvada Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.

Cari ilin 19 iyul tarixində Səfir Polad Bülbüloğlu Rusiya Federasiyasının Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın şəxsi dəvəti ilə yuniorlar arasında Bədii gimnastika üzrə dünya birinciliyinin açılış mərasimində iştirak edib.
 
Azərbaycanın Rusiyadakı səfirliyindən REAL-a verilən məlumata görə, Rusiya Federasiyasının İdman və Gənclər Siyasəti Naziri Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına ünvanladığı məktubu oxuyub.
 
Dünyanın 62 yığma komandasının, o cümlədən Azərbaycan gimnastlarının qatıldığı çempionatın açılışında Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiyanın Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova və Beynəlxalq Olimpiya Komitəsinin Yaponiyadan olan nümayəndəsi Morinari Vatanabe çıxış ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə