Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REAL Report-a istinadla xəbər verir ki, ötən gecə rayonun Yenikənd kəndi ərazisi ilə hərəkətdə olan “OKA” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə