Festivala 1 gün qaldı - VİDEO

Festivala 1 gün qaldı - VİDEO
48 ölkənin idmançıları 135 dəst medal uğrunda mübarizə aparacaq

Sabah ölkəmizdə növbəti mötəbər yarış başlayır. Avropanın bir çox ölkələrinin idmançıları yenidən paytaxtımıza təşrif buyurur. Küləklər şəhəri bu dəfə Avropa Gənclər Yay Olimpiya Festivalına qucaq açır. 

Bu festival 14-18 yaşlı gənclər arasında keçirilən və müxtəlif idman növlərini cəmləyən ilk böyük Avropa yarışıdır. Turnirin qış və yay növləri mövcuddur və o, hər iki ildən bir tək saylı illərdə reallaşır. Yarış Olimpiya bayrağı altında təşkil olunur və Olimpiya ənənələri ilə zəngindir.

Bakıda keçiriləcək Festivala 48 ölkənin 3900 nümayəndəsi gələcək. Atletlər 135 dəst medal uğrunda mübarizə aparacaqlar.

Azərbaycan millisi yarışda 122 idmançı ilə təmsil olunacaq. Nümayəndə heyətinin ümumi sayı isə 198 nəfərdən ibarətdir.

Ayın 27-də yekunlaşacaq Avropa Gənclər Yay Olimpiya Festivalda atletlər idmanın 10 növündə qüvvələrini sınayacaqlar. Qaliblər gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında müəyyənləşəcək.

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə