Ölkə mediasında yayılan məlumata görə Əshabi-Kəhf ziyarətgahının ətrafında yerləşən ərazidə uran yatağı aşkarlanıb.
Məsələ ilə bağlı Milli Nüvə Tədqiqatları Mərkəzi ilə əlaqə saxladıq.
Milli Nüvə Tədqiqatları Mərkəzinin Sədri Adil Qəribov Real Tv-ə açıqlamasında bildirdi ki, bu barədə yayılan məlumat əsassızdır və ərazidə heç bir uran yatağı aşkarlanmayıb.
Qeyd edək ki, Əshabi-Kəhf mağarası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun ərazisində yerləşir. Və bu gün Əshabi-Kəhf ziyarətgahı dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Mağaranın adı ərəb dilindən götürülüb və tərcüməsi “mağara insanları” mənasını verir. Tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.