Saatlıda əmisini gicgahından güllələyən şəxsin cəzası azaldılıb

Saatlıda əmisini gicgahından güllələyən şəxsin cəzası azaldılıb

Saatlıda əmisini qətlə yetirməkdə təqsirləndirilən Saleh Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

REAL APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əkbərov 10 il müddətə azadlıqdan məhrum edilib.

Qərarla razılaşmayan təqsirləndirilən şəxs Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 9 ilə endirilib.

Qeyd edək ki, hadisə ötən il Saatlıda baş verib. 1996-cı il təvəllüdlü S. Əkbərov münaqişə zəminində əmisi Oqtay Əkbərovu  ov tüfəngi ilə güllələyib. Güllə O. Əkbərovun gicgahından tutub. O, aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə