Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli bölgəsində polisin keçirdiyi əməliyyat zamanı 2 kq heroin tapılıb.
REAL APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis bir azərbaycanlı və bir İran vətəndaşı olmaqla, iki nəfəri saxlayıb.
Faktla bağlı cinayət işi açılıb. Saxlanılan şəxsləri 8 ildən 20 ilədək həbs cəzası gözləyir.