EYOF: Azərbaycan güləşçiləri turnirə qələbə ilə başlayıb

EYOF: Azərbaycan güləşçiləri turnirə qələbə ilə başlayıb

Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürüb.

REAL “Report”a istinadən xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutur.

Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib.

Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov da cəmi 30 saniyə ərzində britaniyalı həmkarını "tuşe" ilə üstələyib.

Fərid Sadıxlı da festivala inamlı start verib. Həmyerlimiz ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib.

Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.

Sərbəst güləş

45 kq

A qrupu

1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS) 6:0 (tuşe)

2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (BLR) 12:1

55 kq

1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR) 4:0 (tuşe)

1/4 final - Əbülfəz Nəsirov

Yunan-Roma güləşi

45 kq

Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA) 9:0

1/4 final - Fərid Sadıxlı

55 kq

1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL) 11:0

1/4 final - Nihat Məmmədli

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə