“Şirməmməd Hüseynov mükafatı“ - VİDEO

“Şirməmməd Hüseynov mükafatı“ - VİDEO
Mükafatın əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq

Parlament Jurnalistlər Birliyinin üzvləri “Şirməmməd Hüseynov mükafatı”nın təsis edilməsi barədə qərar qəbul ediblər.

Qərar Parlament Jurnalistlər Birliyinin üzvlərinin Milli Mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı keçirilən toplantıda qəbul olunub. 

Məsələ ilə bağlı ətraflı məlumat əldə etmək üçün modern.az saytının rəhbəri, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlıya müraciət etdik.

Elşad Eyvzalı REAL-a müsahibəsində bildirdi ki, Mükafatın əsasnaməsi yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq.

Elşad Eyvazlı eyni zamanda qeyd etdi ki, PJB-nın bu addımı mətbuat tədqiqatçısı, professor Şirməmməd Hüseynovun xatirəsini əbədiləşdirmək üçündür.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə