Səfir: Bakı-2019-da əsl olimpiya ruhu hiss olunur

Səfir: Bakı-2019-da əsl olimpiya ruhu hiss olunur

“Bakı-2019-da çox möhtəşəm və dostluq ab-havası var. Əsl olimpiya ruhu hiss olunur”.

REAL APA-ya istinadla xəbər verir ki, bunu Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ikiqat çempionu Yekaterina Çerniy deyib.

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının gənc səfiri missiyasını yerinə yetirən ukraynalı qılıncoynadan yarış barədə fikirlərini açıqlayıb: “Hər gün Atletlər kəndində yerləşən “Recreation Center”də bir araya gəlirik. Məşq və yarışdan sonra bütün idmançıların orada istirahət etmək imkanı var. Onlar uzanıb dincələ, stolüstü tennis, bilyard, hokkey, futbol kimi oyunlar oynaya bilərlər. Bunlarla yanaşı, idmançılara maraqlı mədəni təhsil proqramı təqdim olunur ki, bu da yükləmələrdən uzaqlaşmağa, yaxşı əhval-ruhiyyə qazanmağa kömək edir. Biz gənc səfirlər kimi idmançıları ünsiyyətə cəlb etməyə çalışır, idman yarışlarındakı təcrübəmizi və olimpiya təlimi barədə biliklərimizi bölüşür, onlarla sadəcə dostluq edirik. Bunlar mənim çox xoşuma gəlir. Axı, biz idmançılar yarışlardan kənarda müsbət emosiyalar qazanmalı, faydalı biliklərə yiyələnməliyik”.

Qeyd edək ki, iyulun 21-də start götürən Bakı-2019 ayın 27-də başa çatacaq. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə