“ASAN Xidmət“ və “ASAN Kommunal“ mərkəzlərinə müraciətlər artıb

“ASAN Xidmət“ və “ASAN Kommunal“ mərkəzlərinə müraciətlər artıb

Yeni nəsil smart tipli qaz sayğaclarının əvəz olunmasından sonra yeni smart kartların verilməsi, müqavilələrin bağlanması və s. kimi xidmətlərə müraciətlər nəzərdə tutulandan maksimum səviyyəyə çatıb.

REAL Report-a istinadla xəbər verir ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində çalışan “Azəriqaz” İB-nin əməkdaşlarının gün ərzində operativ və keyfiyyətli xidmət göstərmələrinə baxmayaraq, müraciətlərin sayı xeyli artıb. Birliyin bir qrup mühəndis heyəti bundan sonra həftənin şənbə və bazar günləri də növbəli şəkildə işə çıxacaq. Bakı Regional Qaz Satışı Departamentinin inzibati binalarında, Xəzər, Sabunçu və Abşeron rayonları üzrə xidmət sahələrində abonentlərə kommunal xidmətlərin yüksək səviyyədə çatdırılması məqsədi ilə müştəri xidməti şöbəsinin işçiləri istirahət günlərində ödənişlə təmin olunmaqla işə cəlb ediləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinin gözləmə zallarında növbədə gözləyən çox sayda vətəndaşa operativ xidmət göstərilməsini Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də məqsədəuyğun sayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə